Paris-2024 Yay Olimpiya Oyunlarının finalçıları, dünya çempionatının bürünc, Avropa çempionatının qızıl medalçıları olan qrup hərəkətləri üzrə Azərbaycan millisinin üzvləri tərəfindən Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə "ustad dərsi" başa çatıb.
“İki sahil” xəbər verir ki, Federasiyadan verilən məlumata görə, dərs müddətində azyaşlı gimnastlara hərəkətlərin ardıcıl icrası, dözümlülük və balansın düzgün tətbiqi, alətlərin idarəolunması, özünəinamlı çıxışın sirləri haqda nəzəri və praktiki biliklər öyrədilib.
Milli üzvləri sonda iştirakçılara avtoqraf veriblər.
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Gürcüstan Voleybol Federasiyasının prezidenti David Tevzadze ilə görüşüb
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb