Bakı Təşəbbüs Qrupu Fransa və Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən xalqların ağır sosial-iqtisadi şəraitdə yaşadığı ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara vaxtaşırı məlumatlar göndərir.
“İki sahil” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
“Biz indiyədək Yeni Kaledoniya və Martinik adalarının müstəmləkə şəraitində yaşayan xalqlarının azadlıq mübarizəsinə dəstək üçün həm yerli, həm də beynəlxalq platformalarda bir sıra tədbirlər həyata keçirmişik. Biz müstəmləkəçiliyə yalnız beynəlxalq hüququn normaları çərçivəsində mübarizə aparmaqla son qoyulmasının tərəfdarıyıq", - deyə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru diqqətə çatdırıb.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir