Səfir: "Azərbaycana investisiya yatırmaq istəyən türk iş adamlarına dəstək məqsədilə 86 araşdırma aparılıb"
Bu ilin yanvar-noyabr aylarında Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət müşavirliyi ölkəmizə investisiya yatırmaq istəyən türk iş adamlarına dəstək məqsədilə 86 dəfə araşdırma aparıb.
“İki sahil” xəbər verir ki, bunu səfir Cahit Bağçı Dünya Türk Biznes Şurası (DTİK) Avrasiya Nümayəndələr Şurasının Bakı görüşündə bildirib.
Bundan başqa, onun sözlərinə görə, 11 ay ərzində sahibkarların 300-dən çox tələbi yerinə yetirilib, biznesmenlərdən və şirkətlərdən gələn 8 mindən çox sorğuya cavab verilib.
"Türkiyənin hər yerindən 60-a yaxın ticarət və sənaye palatası səfirliyə dəvət olunub və məlumatlandırılıb. Nümayəndə heyətlərinə Azərbaycandakı investisiya imkanları barədə bəhs etmişik, müxtəlif tədbirlər həyata keçirmişik", - deyə səfir qeyd edib.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir