Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos arasında görüş olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdəki rəsmi hesabında məlumat yayıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə keçirilib.
Tərəflər bir-birinin mövqelərini daha yaxşı başa düşmək üçün dialoqun davam etdirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir