Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti İrana səfər çərçivəsində müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi dənizçilərimiz Ənzəli şəhərində şəhidlər memorial kompleksini ziyarət edib, önünə əklil və gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Sonra hərbi dənizçilərimiz Ənzəli şəhərinin meri Mirşəm Momenizadə ilə görüşüblər.
M.Momenizadə Azərbaycan dənizçilərini İranda görməkdən məmnunluğunu bildirib və ölkəmizə səfəri ilə bağlı xoş xatirələrindən söz açıb. O, həmçinin Azərbaycan-İran hərbi əməkdaşlığının möhkəmləndirilməsində Ənzəli şəhərinin mühüm roluna diqqəti cəlb edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Sübhan Bəkirov hərbi dənizçilərimizin ilk dəfə olaraq İran limanına yan almasının tarixdə mühüm hadisə olduğunu vurğulayaraq, xoş münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Sonra Azərbaycan dənizçiləri Ənzəli Hərbi Muzey Sarayını ziyarət ediblər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub