Azərbaycan növbəti ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi etmək niyyətindədir.
"İki sahil" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclasında çıxışı zamanı bildirib.
C.Bayramov bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyini diqqətə çatdırıb.
Nazir 2024-cü ildə təşkilata sədrliyinə, habelə İƏT Nazirlər Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İrana təşəkkür edib, təşkilata növbəti il sədrlik edəcək Qazaxıstana uğurlar arzulayıb.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir