Bütün gözləntilərin növbəti ilin büdcə zərfi ilə reallaşdırılması qeyri-mümkündür.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2025-ci ilin büdcə zərfində rifaha və iqtisadi artıma yönəlmiş xərclər bir-birini tamamlayır:
“İqtisadiyyatın şaxələndirilməsi üçün böyük layihələr nəzərdə tutulur. Büdcə zərfi Böyük Qayıdışın reallaşdırılmasına, bu sahədə canlanmaya öz töhfəsini verəcək”.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir