Xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri İlya Darçiaşvili arasında telefon danışığı baş tutub.
“İki sahil” Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, nazir Ceyhun Bayramov İlya Darçiaşvilinin Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksəksəviyyəli və qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi və beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə səyləri məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib. Nazir Ceyhun Bayramov İlya Darçiaşviliyə uğurlar arzulayıb.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətlərinin birləşdirdiyi vurğulanıb.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir