Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 2-də Şəhidlər xiyabanını ziyarət edib.
“İki sahil” xəbər verir ki, nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir