Qvineya-Bisaunun Bakıya səfərə gələn nümayəndə heyətinin tərkibində, o cümlədən ölkənin rəhbər şəxsləri arasında vaxtilə Azərbaycanın ali təhsil müəssisələrini bitirən şəxslər var.
“İki sahil” xəbər verir ki, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bu ölkənin xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiran deyib.
Görüş zamanı o, Azərbaycan tərəfinin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsini qeyd edib.
Görüşdə neft və mədənçilik sahəsində əməkdaşlıq qeyd edilib, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsi və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir