30 noyabr 2024 12:26
362

Əyləcləri sıradan çıxan yük maşını 7 avtomobilə çırpılıb

İzmirin (Türkiyə) Kemalpaşa rayonunda əyləcləri sıradan çıxan yük maşınının işıqforun qırmızı işığında gözləyən 7 avtomobilə çırpılması nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, qəza, saat 18.30 radələrində Nazarköy qovşağında baş verib.

Bildirilib ki, xəsarət alan 7 nəfər hadisə yerinə gələn təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu öyrənilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”