29 noyabr 2024 23:58
174

Türkiyədə zəlzələ oldu

Türkiyənin Antalya şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, saat 22.13-də baş verən yeraltı təkanların episentri Antalyanın Qazipaşa rayonu olub.

Zəlzələ yerin 34,79 kilometr dərinliyində qeydə alınıb.