29 noyabr 2024 15:05
243

Əməkdar artist gözəllik yarışmasına bu obrazda qatıldı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.

“İki sahil” xəbər verir ki, yarışma noyabrın 27-də start götürüb. Aktrisa bununla bağlı Misirə yollanıb. 150 ölkədən olan xanımın qatıldığı yarışmada N.İbrahimova Merlin Monro obrazını canlandırıb.

Aktrisa bildirib ki, yarışma təşkilatçıları ondan bu obrazı yaratmağını istəyiblər: "Beauty Queen on the Universe" şirkəti bu obrazı istədi. Biz də müqavilə zamanı razılıq əldə edib imzaladıq".

N.İbrahimovanın geyimini modelyer Şəlalə Qurbanova hazırlayıb.  

Bir çox ölkədən olan simaların yer aldığı münsiflər arasında Azərbaycandan modelyer Leyla Əhmədova var. 

Təmsilçilər 10 gün paytaxt Qahirədə qalacaq, müxtəlif tədbirlərə qatılacaq və şəhəri gəzəcəklər. Yarışmanın finalı dekabrın 6-da olacaq. 

Müsabiqədə ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan gözəllər yarışır.