28 noyabr 2024 18:19
104

Azərbaycan Özbəkistanın 2 vətəndaşını qarşı tərəfə təhvil verib

Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

“İki sahil” xəbər verir ki,  Baş Prokurorluqdan verilən məlumata görə, Özbəkistan Respublikasının vətəndaşları 1979-cu il təvəllüdlü Boyturayev İlxom Xurramoviçin və 1986-cı il təvəllüdlü Abdullayev Farxodcon Axrorconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilmələrinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş İ.X.Boyturayev 29.08.2024-cü il tarixində və F.A.Abdullayev 01.09.2024-cü il tarixində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər.