26 noyabr 2024 09:35
71

Yağıntılı hava şəraiti davam edir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 26-sı saat 9:00-a olan məlumatına əsasən Lənkəran-Astara zonasında 10-30 mm, əksər rayonlarda 7 mm, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək yağış qeydə alınıb.

Şahdağda isə qar örtüyünün hündürlüyü 1 sm-dir.

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ağstafa, Qax, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay, Beyləqan, Lerik, Balakən, Şamaxı, Sumqayıtda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 12, Aran rayonlarında 10, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.