26 noyabr 2024 12:13
62

Parlamentdə xüsusi təyinatlıların və DİN əməkdaşlarının maaşlarının artırılması təklif olunub

Büdcə zərfində müdafiə və təhlükəsizlik xərclərinə kifayət qədər vəsait ayrılıb, xüsusi təyinatlı hərbçilərimizin maaşlarını bir neçə dəfə artırmalıyıq.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.

“Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbiyə axın bir neçə dəfə azalır. Maaşların artırılması ilə bu axını stimullaşdırmaq olardı. Bura Daxili İşlər Nazirliyinin əməkdaşlarını da əlavə etməliyik. Çünki ən az maaş alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”, - deyə deputat bildirib.