25 noyabr 2024 14:01
68

Azərbaycan millisi bu həftə məşqlərə başlayacaq

Azərbaycanın çimərlik futbolu millisi bu həftə məşqlərə başlayacaq.

Bu barədə “İki sahil"ə komandanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.

Mütəxəssis heyətə yeni futbolçular dəvət ediləcəyini vurğulayıb:

“Noyabrın 29-dan etibarən məşqlərə başlayacağıq. Yəqin ki, yeni ildən sonra komandaya gənc futbolçular cəlb ediləcək. Ümumiyətlə, yeni futbolçulara ehtiyac var. Komandanı kimlərin tərk edəcəyi ilə bağlı hələ qərar verilməyib. Yeni ildən sonra yoldaşlıq görüşü keçirməyi də planlaşdırmışıq”.

Qeyd edək ki, yığma ötən ay İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsindən sonra istirahətə buraxılmışdı.