25 noyabr 2024 12:34
73

Gürcüstanda prezident seçkiləri gələn ilin yanvarında keçirilə bilər

Gürcüstanda prezident seçkilərinin tarixini parlament sabah, noyabrın 26-da təyin edəcək.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu parlamentin spikeri Şalva Papuaşvili deyib.

O, qeyd edib ki, dövlət başçısı 2024-cü ildə seçilməlidir. Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, seçkilər 2025-ci ilin yanvarında keçirilə bilər.

Qeyd edək ki, hazırkı dövlət başçısı Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi ilə altı il müddətinə seçilib. Gürcüstan Konstitusiyasına görə, indi parlamentli respublikada prezidenti parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçki kollegiyası seçəcək.