25 noyabr 2024 10:40
72

Premyer Liqada 250-ci oyun

Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. “Sabah”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.

“İki sahil” Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqada 2013/14 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub. O, üç komandanın formasını geyinib. Elvin “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.

Qeyd edək ki, Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.