"İnter Mayami"nin hücumçusu Lionel Messi "Barselona"da oynadığı vaxtları xatırlayıb.
“İki sahil” xəbər verir ki, 37 yaşlı forvard Barselona şəhəri üçün darıxdığını deyib: "Gələcəkdə Barselonaya qayıtmağı planlaşdırırıq. Uşaqlar, həyat yoldaşım - hamımız Barselona üçün çox darıxırıq. Mən bütün həyatım boyu Barselonada yaşamışam. Özümü Barselonalı kimi hiss edirəm və bu şəhər üçün çox darıxıram. Həyatın sizi hara aparacağını bilmirsiniz. Amma bizim niyyətimiz Barselonada yaşamaqdır, çünki bura bizim evimizdir”.
Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"nın əsas komandasında oynayıb. O, 2023-cü ilin yayından "İnter Mayami"nin formasını geyinir.