23 noyabr 2024 10:53
447

“Qarabağ” səfərdə, “Neftçi” evdə oynayacaq

Bu gün Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, əvvəlcə meydana “Səbail” və “Qarabağ” komandaları çıxacaqlar. “ASCO Arena”da reallaşacaq görüş saat 17:00-da başlayacaq.

Ev sahibi komanda 8 xalla 9-cu, qonaqlar isə 31 xalla 2-ci pillədə qərarlaşıb.

Saat 19:00-da isə “Neftçi” “Zirə”ni qəbul edəcək. Matç “Neftçi Arena” təşkil olunacaq.

“Ağ-qaralar” 10 xalla 8-ci, “qartallar” isə 20 xalla 4-cü yerdədir.

Qeyd edək ki, ötən gün turun açılış qarşılaşmasında "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.