22 noyabr 2024 18:59
484

Misli Premyer Liqasında lider dəyişib

Futbol üzrə Misli Premyer Liqasında XIV tura start verilib.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin autsayderi “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edib.

Tovuz şəhər stadionunda reallaşan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 25-ci dəqiqədə Felipe Santos, 86-cı dəqiqədə Benni vurub.

Bu qələbədən sonra xallarını 33-ə çatdıran “Araz-Naxçıvan” “Qarabağ”ı qabaqlayaraq liderliyə yüksəlib. Gəncə klubu isə 7 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, XIV turun digər qarşılaşmaları noyabrın 23-24-də təşkil olunacaq.