ABŞ HƏMAS-ın altı rəhbər üzvünə qarşı sanksiyalar tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Sənədə əsasən, bunların arasında hərəkatın xaricdəki nümayəndələri və "İzzəddin əl-Qəssam Briqadaları"nın üzvü var. Bundan əlavə, sanksiya siyahısına HƏMAS-ın maraqları üçün vəsait toplayan və "Qəzzaya silah qaçaqmalçılığı" ilə əlaqəli şəxslər də daxil edilib.
Bildirilir ki, göstərilən şəxslər terror fəaliyyətinə dəstək verir və Qəzza sektoruna maddi vəsaitin göndərilməsini əlaqələndirirlər.