21 noyabr 2024 10:06
82

Qazaxıstan və Macarıstan birgə layihələrin həyata keçirilməsi üçün investisiya fondu yaradacaqlar

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Macarıstanın baş naziri Viktor Orban Budapeştdə ticarət, enerji, nəqliyyat və təhsilə diqqət yetirərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, liderlər Qazaxıstan və Macarıstan arasında investisiya fondunun yaradılması barədə razılığa gəliblər və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Viktor Orban deyib ki, danışıqlar qarşılıqlı fəaliyyət üçün zəmin yaradacaq: “Ölkələrimizin ümumi tarixi və əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük perspektivləri var. Bugünkü danışıqlar xalqlarımızın mənafeyinə uyğun gələcək qarşılıqlı fəaliyyət üçün zəmin yaradacaq”.

Danışıqlar zamanı birsıra sənədlər imzalanıb.

Bundan əlavə, tərəflər konsulluq məsələləri, eləcə də maliyyə sektorunda əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Görüşdən sonra Tokayev Orbanı Qazaxıstana cavab səfərinə dəvət edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”