Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Macarıstanda səfərdədir.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti (Aqorda) bildirib.
“Budapeşt hava limanında dövlət başçısını Macarıstanın Baş naziri Viktor Orban qarşılayıb”, – mətbuat xidməti diqqətə çatdırıb.
Bildirilib ki, Qazaxıstan lideri Prezident Tamaş Şuyok və hökumət başçısı Viktor Orbanla danışıqlar aparacaq.
“Danışıqlarda ölkələr arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq”, – məlumatda vurğulanıb.
Mətbuat xidməti Qazaxıstan Prezidentinin həmçinin Macarıstan biznes kapitanları ilə görüşməyi planlaşdırır.