COP29 çərçivəsində İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Oman İnvestisiya Təşkilatı ilə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Nazirlikdən “İki sahil”ə bildirilib ki, COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru İbrahim Əl-Eisri ilə görüşüb.
Görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətləri arasında davam edən müsbət iqtisadi dinamikaya uyğun olaraq Oman Sultanlığı ilə də iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Tərəflər Oman İnvestisiya Təşkilatının G2G fondlarının yaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdə sənaye, yaşıl enerji, logistika və digər sahələrdə ölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək qarşılıqlı strateji investisiya potensialı nəzərdən keçirilib.
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Son 1 ildə Azərbaycanda sabit genişzoalqlı internetin və mobil internetin sürəti artıb