Azərbaycanda gələn il dövlət büdcəsindən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, bunun 280 milyon manatı keçmiş məcburi köçkünlərin və yaxud onlara bərabər tutulan şəxslərin aylıq müavinətlərinə, 31 milyon manatı isə kommunal xidmətlərə yönəldiləcək.
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib