Mersinin (Türkiyə) Tarsus rayonunda hərəkət edərkən alovlanan şəhərlərarası sərnişin avtobusu yararsız hala düşüb.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, Tarsus-Adana-Qaziantep (TAG) avtomobil yolunun Damlama məntəqəsində avtobusun mühərrik hissəsi yanıb.
Sürücü nəqliyyat vasitəsini təhlükəsizlik zolağında saxlayaraq 30 sərnişini təxliyyə edib və vəziyyəti 112 Təcili Yardım Mərkəzinə məlumat verib.
Böyükşəhər Bələdiyyəsinin xilasetmə qrupları bölgəyə sövq edildi.
Yanğın nəticəsində avtomobil yararsız hala düşüb, qrupların müdaxiləsi ilə söndürülüb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”