Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, liderlər, həmçinin qarşılıqlı ticarət həcminin artırılması barədə danışıblar.
Onlar eyni zamanda regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.