Rumıniyada bazar günü keçirilən prezident seçkilərinin ilk turunda Sosialistlər Partiyasının (PSD) namizədi hazırkı Baş nazir Marçel Çiolaku 25 faiz səs toplayıb, USR-nin namizədi Elena Laskoni 18 faiz, müstəqil namizəd Kalin Corcesku isə 16 faiz səs əldə edib. Bu nəticələr CURS, AVANGARDE və CIRA sosial sorğu institutları tərəfindən hazırlanmış exit-pollara əsaslanır.
“İki sahil” xəbər verir ki, səsvermə nəticələrinə əsasən, növbəti sıralamada olan namizədlər:
∙ Corge Simion (AUR) – 15 faiz
∙ Nicolae Çiuka (PNL) – 14 faiz
∙ Mirçea Coană (Müstəqil) – 5 faiz
∙ Kelemen Hunor (UDMR) – 4 faiz
∙ Kristian Diakonescu (Müstəqil) – 2 faiz
∙ Digərləri – 1 faiz qazanıblar.
Bildirilir ki, verilən məlumatlar yalnız yerli seçki məntəqələrindəki nəticələrə aiddir və xaricdəki məntəqələr bu sorğularda nəzərə alınmayıb.