24 noyabr 2024 23:35
75

“Hizbullah” İsrailin Hayfa limanı yaxınlığındakı hərbi-dəniz bazasına hücum edib

Livan təşkilatı “Hizbullah” Hayfa liman şəhərinin şimal-qərbində yerləşən İsrailin Stella Maris hərbi-dəniz bazasına kütləvi raket zərbəsi endirib.

“İki sahil” xəbər verir ki, bu barədə təşkilatın teleqram kanalında yerləşdirilən bəyanatda bildirilib.

Qeyd olunur ki, əməliyyat “Qəzza zolağında Fələstin xalqının sarsılmazlığını dəstəkləmək”, həmçinin “Livanı İsrail təcavüzündən qorumaq” məqsədilə həyata keçirilib.

Daha əvvəl “Hizbullah” dəstələri ilk dəfə olaraq Aşdoddakı hərbi-dəniz bazasına pilotsuz uçuş aparatları ilə zərbə endirib. Təşkilat dronların “hədəfləri dəqiq vurduğunu” iddia edib.