Bu dəfə bu yağışla biz zəif yerlərimizi gördük.
“İki sahil” xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, kanalizasiya, su təchizatı sistemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındadır. Bunun yaxşı təşkili ilk növbədə onların vəzifəsidir.
"Tunellər isə "Azərtikinti"nin balansındadır. Amma buna baxmayaraq, BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. Artıq prokurorluqda iş açılıb. O hadisə baş verən tunel ADY-nin balansında olan tuneldir. Orada prokurorluq tərəfindən araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək", - Eldar Əzizov əlavə edib.