12 noyabr 2024 10:31
142

Sosial paket müzakirədədir

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "veteran pulu"nun artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

“İki sahil” xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir.

“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”, - nazir vurğulayıb.