12 noyabr 2024 01:44
226

Türkiyədə ürək dağlayan hadisə

Türkiyənin İzmir vilayətinin Səlcuq rayonunda fərdi yaşayış evində baş verən yanğında bir ailənin beş uşağı həlak olub.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaqlar evdə valideynsiz qalıb, evin qapısı bağlı olub.

Yanğın barədə qonşular "112" təcili yardım xidmətinə məlumat veriblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər və həkimlər eyni otaqda ekspertlərin rəyinə görə dəm qazından boğularaq ölən 3 uşağın meyitini aşkar ediblər. İki azyaşlı oxşar simptomlarla xəstəxanaya yerləşdirilsə də, həkimlər onları xilas edə bilməyiblər.

Ölənlərin ən kiçiyinin bir, böyüyünün isə beş yaşı olub. Müstəntiqlərin fikrincə, yanğın aşmış elektrik sobasından başlayıb.

Qonşu Yusuf Şahinin sözlərinə görə, uşaqların anası axşam qırıntı toplamağa gedib: “Dedi ki, onlara çörək almağa gedir. İçində elektrik sobası yanırmış. Soba aşıb, amma necə aşdığını heç kim bilmir. Qaranlıq idi, içəridə işıq yox idi. Biz evdə olanda, “Uşaqlarım, kömək edin!”, deyə qışqırdı. Onun səsinə gəldik. Gördük ki, uşaqları çölə çıxarıb. Gördük ki, beşi də üst-üstə uzanıb. Öldükləri məlum idi. Sonra ambulans çağırdıq, gəlib xəstəxanaya apardılar”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”