11 noyabr 2024 15:57
155

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti noyabrın 12-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən “İki sahil”ə bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Neftçala, Hacıqabulda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.