Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki Səfirliyimiz tərəfindən əlaqə saxlanılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə apa-nın sorğusuna cavab olaraq bildirib ki, həmvətənlərimiz yüngül xəsarət alıblar. Məlumata görə, onların vəziyyətləri yaxşıdır: “Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur”.