ABŞ Ukraynaya ATACMS raket sistemlərinin tədarükündən imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” ABŞ-nin müdafiə naziri Lloyd Ostinə istinadən yayıb. Pentaqon rəhbəri bildirib ki, Ukrayna tərəfinə bu sistemlərin göndərilməsi ölkəsinin raketlərin idxalını gözləyən digər dövlətlər qarşısındakı öhdəliklərinə xələl gətirə bilər.