03 noyabr 2024 19:33
165

“Crew Dragon” gəmisi BKS-in digər moduluna uğurla yenidən yanaşıb

“SpaceX”in “Crew Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyanın “Harmony” modulunun ön qovşağından yan qisminə uğurla yenidən yan alıb.

“İki sahil” xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Agentliyin məlumatına görə, gəminin ekipajına “Roskosmos”un kosmonavtı Aleksandr Qorbunov, həmçinin astronavtlar Nik Heyq, Butç Uilmor və Suni Uilyams daxildir.

Bildirilib ki, ayırma ABŞ-nin Şərq sahili vaxtı ilə saat 06:35-də (Bakı vaxtı ilə 15:35-də) həyata keçirilib. Təxminən 50 dəqiqədən sonra kosmik gəmi yenidən stansiya ilə birləşib.

Məlumatda qeyd olunub ki, əməliyyat BKS-in Amerika seqmentinin “Harmony” modulunun ön birləşmə qovşağını “SpaceX” şirkətinin “Crew Dragon” yük kosmik gəmisi üçün azad etmək məqsədilə həyata keçirilib. Gəminin Bakı vaxtı ilə noyabrın 5-də stansiyaya çatması gözlənilir.

“Crew Dragon” stansiyaya 2,7 tondan çox ərzaq, həmçinin onlarla elmi eksperimentin aparılması üçün avadanlıq və materiallar çatdıracaq.