Altı xarici ölkənin hökumət başçısı 7-ci Çin Beynəlxalq İdxal Sərgisinin (CIIE) açılış mərasimində iştirak edəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Çinin baş naziri Li Çian ın dəvəti ilə Qazaxıstan, Malayziya, Monqolustan, Serbiya, Slovakiya və Özbəkistanın hökumət başçılarının tədbirdə iştirakı gözlənilir.
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən 7-ci sərgi noyabrın 5-dən 10-dək Şanxayda baş tutacaq. Çin Xalq Respublikasının Ticarət Nazirliyinin məlumatına görə, burada 150-dən çox ölkədən 2700-ə yaxın şirkətin məhsullarını görmək mümkün olacaq. Azərbaycan da Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunacaq.