Dənizlinin (Türkiyə) Çivril rayonunda arı sancması səbəbindən xəstəxanaya yerləşdirilən Çətin Perşan dünyasını dəyişib.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, 3 gün əvvəl rayonun Cabar məhəlləsindəki bağlarına işləməyə gedən 48 yaşlı Ç.Perşanı arı sancıb.
Arı sancmasından sonra Perşanın üzünün şişdiyini görən atası təcili tibbi yardım çağırıb.
Çivril Dövlət Xəstəxanasına aparılan Perşan daha sonra Dənizli Dövlət Xəstəxanasına aparılıb. Evli və iki uşaq atası olan Perşan 3 gün sonra dünyasını dəyişib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”