02 noyabr 2024 19:19
208

Kanada XİN: Bu, Putinin çarəsizliyini göstərir

Rusiya prezidenti Vladimir Putin ümidsizliyə və dağıdıcı hərbi itkilərə görə Şimali Koreya qoşunlarını Ukraynaya qarşı müharibəyə cəlb etmək qərarına gəlib.

“İki sahil”in “Ukrinform” istinadən verdiyi məlumatına görə, bunu Kanadanın xarici işlər naziri Melani Coli Ottavada keçirdiyi mətbuat konfransında bildirib.

"Bu yerləşdirmə Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qanunsuz müdaxiləsindən sonra ilk xarici hərbi müdaxilədir. Bu, (Vladimir) Putinin çarəsizliyini və nəyin bahasına olursa-olsun bu münaqişəni genişləndirməyə hazır olduğunu, həmçinin onun hərbi itkilərini kompensasiya etmək ehtiyacını göstərir", - Coli eyib.

O, KXDR-in döyüş sursatları və ballistik raketlərin tədarükü də daxil olmaqla müharibədə daha da dərinləşməsini pisləyib: “Biz Şimali Koreyanı və Rusiyanı Şimali Koreya qoşunlarını Rusiya və Ukraynadan çıxarmağa çağırırıq”.

Coli həmçinin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsinə, habelə Ukraynanın müharibədən sonra NATO-ya daxil olmasına icazə verilməsini dəstəklədiyini təkrarlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”