02 noyabr 2024 17:42
180

“Spetstexnoeksport”: Ukrayna 2025-ci ildə öz qanadlı və ballistik raketlərinə malik olacaq

Ukrayna artıq 2025-ci ildə öz qanadlı və ballistik raketlərinə malik olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Spetstexnoeksport” dövlət müəssisəsinin direktoru Aleksey Petrova istinadən məlumat yayıb.

“Deyim ki, həm dövlət, həm də, nəhayət, özəl sektor bu istiqamətdə hərəkət edir. Raket sənayesində inhisarın götürülməsi məntiqli qərar idi. Ona görə də deyərdim ki, 2025-ci ilin ortalarına qədər öz raketlərimiz olacaq, məsələn, qanadlı və ballistik raketlər kimi”, - o deyib.

Petrovun sözlərinə görə, o, artıq yerli raketlərin uçuş sınaqlarını görüb və nəticələr var. “Spetstexnoeksport”un direktoru hesab edir ki, Ukraynanın özünün, o cümlədən özəl sektorun istehsalı inkişaf etdirməsi müsbət haldır.

“Ukraynanın dövlət şirkətləri sursatların və təəssüf ki, hələ də qalmaqda olan Sovet standartlarının istehsalını bərpa etməyə və ya genişləndirməyə çalışırlar. 122 mm-lik kimi 30 km uçuş trayektoriyası olan 152 mm-lik sursatlara da ehtiyacımız var. Onlara daim ehtiyac var, daim defisit yaşayırıq. Çünki ordu tərəfindən çoxlu sayda istifadə edilib”, - Petrov əlavə edib.