02 noyabr 2024 17:23
186

Nazir: Türkiyə yerləşdiyi regionda sabitliyin qorunmasına çalışır

Türkiyə yerləşdiyi regionda sabitliyin qorunması üçün səylə çalışır.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Niğde şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, bəzi qüvvələr Türkiyənin güclənməsindən narahatdır: “Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum da bunu təsdiqlədi”.

Nazir qeyd edib ki, Türkiyə bütün sahələrdə imkanlarını artırmağa, güclənməyə davam edəcək.