Oktyabr ayında müxtəlif ölkələrin 60 vətəndaşı ölkədən çıxarılıb.
“İki sahil” Agenda.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat yayıb.
Qeyd edilib ki, deportasiya olunanlar Türkiyə, Azərbaycan, İran, Rusiya, Hindistan, Türkmənistan, Banqladeş, Livan, İraq, Nigeriya, İordaniya, Əlcəzair, Misir və Qana vətəndaşlarıdırlar.
Bildirilib ki, bir neçə şəxs Gürcüstanı “könüllü” tərk edib, digərləri isə Miqrasiya Departamentinin həyata keçirdiyi tədbirlər əsasında məcburi şəkildə ölkədən çıxarılıb.
Qurumun məlumatına görə, 2024-cü ilin oktyabr ayına olan məlumata görə, 384 xarici vətəndaş Gürcüstandan deportasiya edilib ki, bu da illik müqayisədə 26 faiz artım deməkdir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”