30 oktyabr 2024 12:48
67

Hicran Hüseynova Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib - FOTO

Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova Milli Məclisin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib və onların müraciətlərini dinləyib.

“İki sahil” xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı olub.

Qeyd edək ki, görüş zamanı vətəndaş müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər müraciətlərin araşdırılması üçün isə aidiyyəti orqanlara sorğular göndərilib.