Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Mətbuat prospektində təmir işlərini yekunlaşdırıb.
"İki sahil" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Sözügedən prospekt müasir görkəmdə artıq vətəndaşların istifadəsindədir.
Silvana Koch-Meyr: Süni intellektin idarəsi çevik və etibarlı tənzimləmə mexanizmləri tələb edir
Parlamentlərarası İttifaqın prezidenti: Süni intellektin insan hüquqlarına mənfi təsiri nəzərə alınmalıdır
Sabiq müdafiə naziri: Texnoloji qərarlar bundan sonra geosiyasətə daha sıx bağlı olacaq