29 oktyabr 2024 23:28
110

Azərbaycanın üç yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi, 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvü Qənizadə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki, idmançı finalda fransalı rəqibi İbrahim Qanemə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli və Nihat Məmmədli dünya çempionatında qızıl medala yiyələniblər.