28 oktyabr 2024 01:01
395

KKTC-də xəstəxana dəhşət - Körpələrin yeməyinə su əvəzinə saf spirt qoyulub

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) paytaxtı Lefkoşada yerləşən Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Yenidoğulmuşların Reanimasiya şöbəsində körpələrin formulasına su yerinə səhvən saf spirt qoyulub.

“İki sahil”in məlumatına görə, KKTC Səhiyyə Nazirliyi 7 körpənin xəstələndiyini, vaxtından əvvəl doğuş səbəbiylə inkubatorda müalicə olunan 20 günlük körpənin dünyasını dəyişdiyini, 6 körpənin isə müalicə edildiyini açıqlayıb.

Hadisə ilə bağlı araşdırma çərçivəsində 4 tibb işçisi "ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində ölümə səbəb olmaq" ittihamı ilə saxlanılıb. Körpəsini itirən ailə körpələrinin ötən cümə günü dünyasını dəyişdiyini, lakin onlara gec məlumat verildiyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”