Danimarkanın "Novo" əczaçılıq şirkəti (keçmiş adı "Novo Nordisk") çəkinin azaldılması və 2-ci tip diabetin müalicəsi üçün nəzərdə tutulan eksperimental HRS-1596 preparatı ilə bağlı Çinin "Hengrui Pharma" şirkəti ilə lisenziya sazişi bağlayıb. Çin tərtibatçısına ödəniləcək ümumi məbləğ 2,6 milyard dollara çata bilər.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Novo" avans olaraq 300 milyon dollar ödəyəcək. "Hengrui" dərmanın işlənməsi, qeydiyyatı və kommersiyalaşdırılması üzrə müəyyən mərhələlərə çatdıqda daha 2,3 milyard dollara qədər vəsait əldə edə bilər. Saziş həmçinin gələcək satışlardan faiz ayırmalarını nəzərdə tutur.
"Novo" Çin, Honq-Konq, Makao və Tayvan xaricində HRS-1596 preparatının işlənib hazırlanması, istehsalı və kommersiyalaşdırılması hüquqlarını əldə edəcək.
HRS-1596 – iştahın və qanda qlükoza səviyyəsinin tənzimlənməsində iştirak edən eksperimental qoşa GLP-1 və GIP reseptoraqonistidir. Çində bu işlənməyə çəkiyə nəzarət və 2-ci tip diabetin müalicəsi məqsədilə birinci fazada klinik tədqiqatların aparılmasına icazə verilib.
"Novo" HRS-1596 əsasında həftədə bir dəfə qəbul edilən tablet formasında dərman yaratmağı hədəfləyir. Şirkətin qiymətləndirməsinə görə, bu, hazırda mövcud olan həmin sinif oral vasitələrlə müqayisədə qəbul tezliyini azaltmağa imkan verəcək. "Novo", həmçinin tədqiqatın beynəlxalq klinik sınaqlarını keçirməyi planlaşdırır, lakin onların vaxtını hələlik açıqlamır.
Dutertenin dosyesində süni intellekt tərəfindən yaradılmış materiallar aşkar edilib