ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı Amerika sanksiyalarının yumşaldılmasını nəzərdə tutan təşəbbüsü dəstəkləyib.
“İki sahil” xəbər verir ki, bu barədə The Atlantic jurnalı məlumat yayıb.
Onun mənbələrinin məlumatına görə, bir neçə ay əvvəl bu ideyanı Trampa onun Belarus üzrə xüsusi elçisi Con Koul təqdim edib.
Onun təklifi Moskvanın bir sıra məhbusları azad etməsi müqabilində Rusiya iqtisadiyyatına qarşı tətbiq olunan bəzi Amerika məhdudiyyətlərinin zəiflədilməsini nəzərdə tutur. Ehtimal olunur ki, bu, "ABŞ-a Rusiya nefti, dizel yanacağı, nadir torpaq mineralları və digər xammal malları ilə bağlı sərfəli sazişlər bağlamağa imkan verərdi".
Nəşr qeyd edir ki, təşəbbüs hələ ilkin mərhələdədir və bundan əvvəl bu barədə heç bir məlumat verilməyib.
Dutertenin dosyesində süni intellekt tərəfindən yaradılmış materiallar aşkar edilib